Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Türkiyənin tanınmış bəstəkar-müğənnisi Murat Göğəbakan dünyasını dəyişib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, səhər saat 08:46 radələrində müalicə aldığı xəstəxanada vəfat edib.
M.Göğəbakan Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan üçün “Uzun adam” mahnısını bəstələyib. Onun ən məşhur mahnısı isə "Ay Üzlüm"dür
Qeyd edək ki, M. Göğebakan 1968-ci ildə Adanada dünyaya gəlmişdi.