Tanınmış müğənni həbsxanada dini təhsil almağa başlayıb
15 fevral 2015 14:37 (UTC +04:00)

Tanınmış müğənni həbsxanada dini təhsil almağa başlayıb

0

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilən tanınmış Türkiyəli müğənni Dəniz Seki dini təhsil almağa başlayıb. Lent.az-ın Türkiyənin "Takvim" qəzetinə istinadən verdiyi məlumata görə, müğənni hazırda "Hər gün üçün bir ayə, bir hədis və bir ilmihal" kitabını oxuyur. O, həftədə 4 dəfə təşkil edilən dini dərslərdə iştirak edir və müzakirələrdə aktivlik nümayiş etdirir.

 

Qeyd edək ki,  Türkiyədə Diyanet İşləri Nazirliyi ilə Ədliyyə Nazirliyi 2011-ci ildən həbsxanalarda dini təhsilin və kursların təşkili ilə bağlı razılıq əldə edib və həmin vaxtdan bu dərslər təşkil edilir.

 

D.Sekiyə gəlincə, o, 8 ay müddətində polisdən qaçıb gizləndikdən sonra, nəhayət, yaxalandı və cəzaçəkmə müəssisəsinə göndərildi. Müğənni bundan sonra 3 il yarım həbsxanada qalmalıdır ki, həmin müddətin də son 1 ilini qanunvericiliyə əsasən şərti həbsdə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar