Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Somadakı mədəndən çıxarılmalı olacaq ölü sayını açıqlayıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə,T.Yıldız itkinin 301-302 nəfərə çatacağını deyib.
İndiyə kimi mədəndən 284 nəfərin cəsədi çıxarılıb.