Tacikistan nüvə reaktorunu işə salacaq
15 yanvar 2016 03:07 (UTC +04:00)

Tacikistan nüvə reaktorunu işə salacaq

Tacikistan Elmlər Akademiyası “Arqus” tədqiqat nüvə reaktorunun bərpa edilərək işə salınmasına dair dövlət proqramının icrasına başlayıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Tacikistan Elmlər Akademiyasının prezidenti Fərhad Rəhimzadə deyib.

 

Onun sözlərinə görə, qeyd olunan dövlət proqramı prezident İmaməli Rəhman tərəfindən 2015-ci ilin noyabrın 2-də imzalanıb.   

 

Qeyd olunan  “Arqus” tədqiqat nüvə reaktoru ötən əsrin 80-cı illərində yaradılmağa başlayıb, lakin layihə sonradan dondurulmuşdu.

 

Dövlət proqramının icrasına 35 mln dollar ayrılacağı planlaşdırılıb.

 

Qeyd edək ki, “Arqus” 20 kVt istilik gücünə malik duz məhlulları əsasında çalışan dünyada ilk tədqiqat homogen nüvə reaktorudur.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar