Tacikistan müxalifətinin lideri İstanbulda öldürüldü
06 mart 2015 08:46 (UTC +04:00)

Tacikistan müxalifətinin lideri İstanbulda öldürüldü

İstanbulda Tacikistan müxalifətinin lideri Umarəli Kuvvatov qətlə yetirilib. APA-nın “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə,  insident İstanbulun Fatih rayonunda, Umarəli Kuvvatov həyat yoldaşı və uşaqları ilə birgə xəstəxanaya gedərkən baş verib.

 

Məlumata görə, hadisədən əvvəl Kuvvatovun tanışlarından biri evinə qonaq gəlib. Qonaq getdikdən sonra Kuvvatovun və ailə üzvlərinin səhhətində problem yaranıb.

 

Bundan sonra Umarəli Kuvvatov həyat yoldaşı və uşaqları ilə birgə xəstəxanaya getməyə qərar verib.  Xəstəxanaya gedərkən naməlum şəxs Umarəli Kuvvatova yaxınlaşıb və tapançanı onun başına tuşlayaraq atəş açıb.

 

Məlumata görə, hadisədən  əvvəl müxalifətçinin evində qonaq olmuş şəxs artıq polis tərəfindən saxlanılıb. Məhz onun  Kuvvatovun evində olarkən yeməyə zəhər qatdığı ehtimal olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 140
avatar

Oxşar yazılar