Tacikistan müdafiə nazirinin sabiq müavininin 14 silahdaşı tutulub
07 sentyabr 2015 16:57 (UTC +04:00)

Tacikistan müdafiə nazirinin sabiq müavininin 14 silahdaşı tutulub

Tacikistan müdafiə nazirinin keçmiş müavininin dəstəsinin 14 üzvü Vəhdət rayonunun Ramit dərəsində saxlanılıb.

 

APA-nın xəbərinə görə, bu barədə Tacikistanın Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

 

Əməliyyat Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi, baş prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib. Hadisə yerindən silah, döyüş sursatları götürülüb.

 

Qeyd edək ki, sentyabrın 4-də Tacikistanın Vəhdət şəhərində Şəhər Milis İdarəsinə hücumu nəticəsində 4 milis əməkdaşı həlak ölüb. 
 

 

Düşənbə şəhərindəki ikinci hücum zamanı isə 2 OMON işçisi və bir yol milisi əməkdaşı ölüb. Hadisələr zamanı 9 silahlı dəstə üzvünün öldürüldüyü qeyd olunur.

 

Hakimiyyət rəsmiləri Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzodaya sadiq qüvvələr tərəfindən həyata keçirildiyini bəyan ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar