Bakı-APA. Suriya üzrə növbəti beynəlxalq görüş dekabrın 18-də Nyu-Yorkda keçiriləcək. APA-nın məlumatına görə, bu barədə “Reuters” ABŞ dövlət katibi Con Kerrinin açıqlamasında bildirilir.
ABŞ dövlət katibi bu bəyanatı BMT baş katibi Pan Qi Mun ilə görüşdükdən sonra səsləndirib.
Bundan əvvəl beynəlxalq görüşün dekabrda Nyu-Yorkda və ya ilin sonunda Parisdə keçirilə biləcəyi bildirilirdi.
Qeyd edək ki, ABŞ –ın Suriya münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməz qalmaqdadır. Rəsmin Vaşinqton prezident Bəşər Əsədin istefaya getməsini tələb edir.