Suriya müxalifəti Danışıqlar üzrə Ali Komitə yaratdı
11 dekabr 2015 06:59 (UTC +04:00)

Suriya müxalifəti Danışıqlar üzrə Ali Komitə yaratdı

Suriyada hökumət əleyhinə çıxış edən qüvvələrin nümayəndələrinin iştirakı ilə Səudiyyə Ərəbistanın paytaxtı Ər Riyadda keçirilən konfransın yekununda Danışıqlar üzrə Ali Komitə yaradılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə,  bu barədə “The Washington Post” məlumat yayıb.

 

Məlumata görə, quruma 32 nəfər daxil olub, onlardan 10-u silahlı qruplaşmaları, 9-u İstanbulda fəaliyyət göstərən Müxalifət və İnqilabi Qüvvələrin Milli Koalisiyasını təmsil edir. Daha 8 nəfər müstəqil xadimdir, 5 nəfər isə Milli Koordinasiya Komitəsini təmsil edir.  

 

Qeyd edək ki, Danışıqlar üzrə Ali Komitənin tərkibinə həmçinin  silahlı qruplaşmalardan cənub və şimal cəbhələrdə vuruşan dəstələrin nümayəndələri, “Əhrar Əş-Şam” və “Ceyş Əl-İslam” radikal silahlı qruplaşmalardan isə müvafiq olaraq hər birindən bir nümayəndə daxil edilib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar