Suriya müxalifəti bütün ərəb ölkələrini İranla əlaqələri kəsməyə çağırıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriya müxalifəti və inqilab qüvvələrin Milli Koalisiyası bəyan edib.
Suriya müxalifəti rəsmi Ər-Riyadın İranla diplomatik münasibətləri kəsmək qərarını dəstəkləyərək bütün ərəb və islam dövlətlərini eyni addım atmağa səsləyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və İran Suriyada münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin iştirakçısıdırlar. İran Suriya hökumətini, Səudiyyə Ərəbistanı isə Bəşər Əsəd rejiminə qarşı çıxanları dəstəkləyir.