Macarıstanın Zigetvar bölgəsində Osmanlı hökmdarə Sultan Süleyman Qanuninin türbəsi tapılıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Sultan Süleymanın daxili orqanlarının basdırıldığı məzarın yeri türk və macar tarixçilərinin ortaq araşdırması nəticəsində tapılıb. Araşdırma nəticəsində qəbir Zigetvardakı Üzüm təpəsində tapılıb.
Təpədə sadəcə türbə deyil, həm də ətrafında mövcud olmuş kiçik Osmanlı qəsəbəsinin izlərinə də rastlanılıb.
Xatırladaq ki, 1566-cı ildə çevrilişində həyatını itirən Qanuninin daxili orqanları indi tapılan məzarlıqda dəfn edilib, nəşi isə İstanbula gətirilib.