Şotlandiyada dövriyyəyə polimer əskinazlar buraxılacaq
07 iyul 2015 21:06 (UTC +04:00)

Şotlandiyada dövriyyəyə polimer əskinazlar buraxılacaq

Şotlandiya bankının buraxacağı növbəti 5 və 10 funt-sterlinq dəyərində olan əskinazlar polimer materialdan çap ediləcək. İlk banknotlar bu ilin noyabr ayında buraxılacaq.

 

Lent.az-ın “AZƏRTAC”a istinadən verdiyi xəbərə görə, banknotların çap edilməsində "De La Rue" şirkətinin "Safeguard" polimerindən istifadə ediləcək. Polimer hazırki pullarda istifadə edilən pambıq kağızı əvəz edəcək. Yeni banknotlar cari pullarla müqayisədə bir qədər kiçik ölçüdə olacaq. Banknotların polimer üzərində çap edilməsi pulların davamlılığını artıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

Oxşar yazılar