Somalidə terror aktı: 9 ölü, 12 yaralı
06 dekabr 2014 00:10 (UTC +04:00)

Somalidə terror aktı: 9 ölü, 12 yaralı

0

Somalinin mərkəzindəki Baydabo şəhərində törədilən partlayış nəticəsində 9 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze insanlarla dolu kafedə özünü partladıb.

 

Ölənlər arasında mətbuat nümayəndələrinin olduğu da bildirilir.

 

Xatırladaq ki, dekabrın 3-də terrorçu-kamikadze minalanmış avtomobili paytaxt Moqadişonun beynəlxalq hava limanı yaxınlığında BMT karvanına çırparaq partlatmışdı.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar