Somalinin paytaxtı Moqadişo şəhərində prezident sarayında şiddətli atışma başlayıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, şahidlər bilidirib ki, sarayın yaxınlığında hazırda intensiv atəş və partlayışlar səsləri eşidilir.
Somali prezidenti Həsən Şeyx Məhəmmədin sarayda olmadığı bildirilir.
Qeyd edək ki, “əş -Şəbab” terror təşkilatı Moqadişo şəhəri üzərində nəzarəti 2011-ci ildə itirsg də, terrorçuların paytaxta vaxtaşırı hücumları davam edir.
Türkiyə KİV- bildirib ki, ölkənin Moqadişidəki Konsulluğunun şəxs heyətinin durumundan xəbər yoxdur.
“Amerikanın səsi”-nin məlumatına əsasən, basqınlar hökumət və maliyyə nazirliyinin binalarını yaraqlılar ələ keçirib. Nazirlər Kabinetinin binasında iki cəsəd aşkarlanıb.