Somadakı mədən faciəsinə görə saxlanılanların sayı 25 nəfər çatıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ilkin mərhələdə həmin şəxslərdən 6 nəfərinin işi məhkəməyə göndərilib. Son məlumatlarda 4 nəfərin həbs edildiyi bildirilir.
Qeyd edək ki, faciənin baş verməsindən yalnız 4 gün sonra ortaya çıxan şirkətin sahibi və icraçıları keçirdikləri mətbuat konfransında baş vermiş qəzaya görə məsuliyyət daşımadıqlarını bildiriblər.
Xatırladaq ki, Türkiyədə baş vermiş mədən faciəsində 301 nəfər ölüb, 120 nəfər yaralanıb.