Türkiyənin Manisa bölgəsindəki Soma mədənində baş verən faciədə həlak olanlara şəhid statusu veriləcək. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan bununla əlaqədar təlimat verib. Təlimata əsasən terror aktları zamanı həyatını itirən şəxslər üçün işlədilən “mülki şəhid” ifadəsi Soma faciəsi zamanı həlak olan mədənçilər üçün də istifadə olunacaq.
Belə ki, bundan sonra Somada həlak olan mədənçilər barəsində “mülki şəhid” ifadəsi işlədiləcək. Təlimata əsasən həlak olan mədənçilərin ailə üzvləri qısa müddət ərzində iş və maaşla təmin ediləcək.
Qeyd edək ki, Somadakı mədən faciəsində həyatını itirən işçi sayı 301-ə çatıb. 485 işçi isə xilas olub.
Soma faciəsində ölənlərə şəhid statusu veriləcək
823