Sloveniya qaçqınlara qarşı ordunu cəlb edəcək
18 oktyabr 2015 07:24 (UTC +04:00)

Sloveniya qaçqınlara qarşı ordunu cəlb edəcək

0

Sloveniya qaçqın axınının qarşısını almaq məqsədilə polisə kömək üçün ordu qüvvələrini cəlb etməyi qərara alıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Sloveniyanın baş naziri Miro Tserar ölkənin Milli Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə bildirib.

 

 

Qeyd edək ki, Macarıstan Xorvatiyadan qaçqın axınının qarşısını almaq məqsədilə oktyabrın 16-dan 17-də keçən gecə  bu ölkə ilə sərhədi bağladıqdan sonra Sloveniyaya  3 minədək miqrant keçib.   

 

Xorvatiya DİN-in məlumatına əsasən, indiyədək ölkə ərazisindən Serbiyadan gəlmiş 185 mindən çox miqrant keçib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar