Slovakiyadakı prezident seçkisində xeyriyyəçi qələbə qazanıb
30 mart 2014 07:02 (UTC +04:00)

Slovakiyadakı prezident seçkisində xeyriyyəçi qələbə qazanıb

0

51 yaşlı iş adamı, xeyriyyəçi Andrey Kiska Slovakiyada prezident seçkisinin ikinci turunda qalib gəlib. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, onun rəqibi hazırkı baş nazir Robert Fitso səsvermənin rəsmi nəticələri elan olunanadək öz məğlubiyyətini etiraf edib.

 

Mənbə qeyd edib ki, baş nazir qələbə qazansa idi, o zaman onun başçılıq etdiyi «Kurs –Sosial Demokratiya» Partiyası hakimiyyətə bütünlükdə nəzarət etmiş olardı.

 

Xatırladaq ki, martın 15-də keçirilən seçkinin birinci turunda 14 namizəd iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 609

Oxşar yazılar