Şimali Osetiya qaza borcunun məbləğini qəbul etmir
11 aprel 2014 03:19 (UTC +04:00)

Şimali Osetiya qaza borcunun məbləğini qəbul etmir

Şimali Osetiya Respublikası təbii qaza görə Rusiyaya olan 4,2 milyard rublluq borcunu qəbul etmir.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu məbləği “Mejreqionqaz” şirkəti bəyan edib. Bu göstərici ilə Şimali Osetiya Rusiyaya borclular siyahısında ikinci yerdədir.

 

Respublika baş nazirinin müavini Konstantin Qabisov bildirib ki, bölgənin qaza olan borcu “heç 800 milyon rubl da deyil”.

 

“Qazprom Mejreqionqaz”  Rusiyanın 57 bölgəsi və 700 müəssisəsinə borcla bağlı xəbərdarlıq edib. Aprelin 15-dək borclar ödənilməzsə, şirkət həmin müəssisə və bölgələrə qaz verilməsini dayandıracağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509
avatar

Oxşar yazılar