Səudiyyə Ərəbistanının İran İslam Respublikasındakı səfirliyinin yerləşdiyi Nilufər küçəsinin adını dəyişdiriləcək. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Tehran administrasiyası səfirliyin yerləşdiyi Nilufər küçəsinin adının dəyişdirilməsinə və Səudiyyə Ərəbistanında edam edilən şiə din xadimi Nimr ən-Nimrin xatirəsinə küçəyə onun adının verilməsinə qərar verib.
Qeyd edək ki, din xadiminin edam edilməsi İranla rəsmi Ər Riyad arasındakı münasibətləri kəskinləşdirib, dünən axşam Tehrandakı Səudiyyə səfirliyi etirazçılar tərəfindən yandırılıb.