Səudiyyə şahzadəsi İranla bağlı bütün layihələrini dondurdu
06 yanvar 2016 06:18 (UTC +04:00)

Səudiyyə şahzadəsi İranla bağlı bütün layihələrini dondurdu

Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid ibn Talal İranla bağlı bütün sərmayələrini və layihələrini dondurub. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, şahzadə İran səfirinin görüş keçirmək  xahişini rədd edib.  Əl-Valid ibn Talal həmçinin sərmayələrinin 34 faizinə sahib olduğu  “Flynas” aviaşirkətinin İrana bütün uçuşlarını da ləğv edib.   

 

Səudiyyə Ərəbistanı şahzadəsinin İranda konkret hansı layihələri maliyyələşdirdiyi barədə məlumat verilmir.    

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar