Səudiyyə Kralı və 1000 nəfərlik heyəti "AST Telman"ın otelində qalacaq
15 oktyabr 2015 16:56 (UTC +04:00)

Səudiyyə Kralı və 1000 nəfərlik heyəti "AST Telman"ın otelində qalacaq

0

Səudiyyə Ərəbistanının kralı Antalyada keçiriləcək G-20 sammiti ərzində azərbaycanlı milyarder Telman İsmayılova məxsus “Mardan Palace” otelində qalacaq. Lent.az “Milliyət”ə istinadən xəbər verir ki, kralı müşayət edəcək 1000 nəfərlik nümayəndə heyəti də bu oteldə qalacaq.

 

Bildirilir ki,ərəblər üçün otelin 546 nömrəsi hazırlanıb. Kral gecəsi 15 min avro olan “Royal Suit Villa”da qalacaq.

 

Satışa təqdim olunan 3 gün müddətində nəhəng otelin bütün nömrələri satılıb.

 

Oteldə ərəblərin qalacağı nömrələrin ən ucuzu 800 avrodur (bir gecəsi).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar