İranın Səudiyyə Ərəbistanındakı səfiri XİN-ə çağırılıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, XİN-ə çağırılan səfirə etiraz notası təqdim edilib: “Nazirlik İranın səfirini çağıraraq İran tərəfinin Səudiyyə Ərəbistanının məhkəmə hakimiyyəti barəsində səsləndirdi aqressiv bəyanatlara görə etiraz notası təqdim edib”.
Bundan əvvəl İran XİN-i Səudiyyə Ərəbistanının Tehrandakı işlər müvəkkilini çağıraraq şiə din xadimi Nimr ən-Nimrin edam olunması ilə əlaqədar etirazını bildirib.
Ötən gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.