Səudiyyə Ərəbistanında silahlıların hücumu nəticəsində neft borusu yanıb
19 oktyabr 2014 03:56 (UTC +04:00)

Səudiyyə Ərəbistanında silahlıların hücumu nəticəsində neft borusu yanıb

0

Səudiyyə Ərəbistanında silahlılarla atışma zamanı neft borusunda yanğın olub. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident krallığın Şərqi əyalətində baş verib. Məlumata görə, bir qrup silahlı şəxs neft borusunun mühafizəçilərini atəşə tutub. Atışma nəticəsində boruda başlayan yanğın qəza xidmətinin əməkdaşları tərəfindən söndürülüb. Dəyən ziyanın həcmi və hücumun kim tərəfindən törədilməsi barədə məlumat verilmir.

 

Qeyd edək ki, ötən gün “Ənsərüllah” qruplaşmasının silahlıları Yəmən-Səudiyyə Ərəbistanı sərhədində mühüm “Harad Lend” nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1015

Oxşar yazılar