Sərnişinlə dolu avtobus uçuruma düşdü: 13 ölü, 17 yaralı
24 dekabr 2016 05:32 (UTC +04:00)

Sərnişinlə dolu avtobus uçuruma düşdü: 13 ölü, 17 yaralı

Malayziyanın şərq bölgəsində sərnişin avtobusu uçuruma düşüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Paqox şəhəri yaxınlığında qeydə alınıb.

 

Paytaxt Kuala-Lumpur istiqamətində hərəkət edən avtobus qəflətən idarəetməni itirərək uçuruma düşüb. Hadisə nəticəsində sürücü daxil olmaqla azı 13 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

 

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar