Sergey Lavrov Madriddə Ketrin Eştonla görüşüb
05 mart 2014 11:40 (UTC +04:00)

Sergey Lavrov Madriddə Ketrin Eştonla görüşüb

0

Rusiya xarici işlər naziri Sergey Lavrov Madriddə Avropa Birliyinin xarici məsələlər üzrə ali komissarı Ketrin Eştonla görüşüb.


 

APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə tərəflər Ukraynadakı hadisələri müzakirə edib.

 

S.Lavrov K.Eştonun diqqətini Rusiya prezidentinin martın 4-də keçirdiyi brifinqdə səsləndirdiyi bəyanatlara yönəldib. O qeyd edib ki, Ukraynadakı vəziyyətin normallaşması 21 fevral razılaşmasına əsaslanmalıdır. Buraya ölkənin bütün bölgələrinin maraqlarını nəzərə alan konstitusiya islahatlarının həyata keçirilməsi, milli birlik hökumətinin formalaşdırılması, qeyri-qanuni hərbi birləşmələrin tərksilah edilməsi və onların küçələrdən uzaqlaşdırılması kimi məsələlər daxildir. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 545

Oxşar yazılar