ABŞ-ın Ədliyyə nazirliyi Nyu-Cersi ştatını təmsil edən Demokrat partiyasının üzvü, senator Robert Menendesə qarşı cinayət işi açmaq niyyətindədir.
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, korrupsiyada şübhəli bilinən senatora yaxın vaxtlarda ittihamın irəli sürüləcəyi gözlənilir.
Qeyd olunur ki, Menendesin nümayəndələri məlumatı şərh etməkdən boyun qaçırıblar.