Səlahəddin Dəmirtaş 24 ilədək azadlıqdan məhrum edilə bilər
31 iyul 2015 07:50 (UTC +04:00)

Səlahəddin Dəmirtaş 24 ilədək azadlıqdan məhrum edilə bilər

Türkiyə Prokurorluğu  Xalqların Demokratik Partiyası (HDP) sədri Səlahəddin Dəmirtaşın ötən ilin oktyabrında ölkəni bürümüş kütləvi etiraz aksiyalarla əlaqəli olmasını  araşdırmağa başlayıb. APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə,

 

 

Məlumata görə, Dəmirtaş millətlər arasında ədavət və Türkiyə əhalisinin iki etnik qrupu arasında qarşıdurma  yaratmaqda ittiham edilir. Prokurorluq  HDP sədrinin müqəssir olduğunu müəyyən edəcəyi təqdirdə,  Dəmirtaş deputat toxunulmazlığı statusundan  məhrum edilə bilər. Belə olacağı təqdirdə HDP sədri 24 ilədək azadlıqdan məhrum edilə bilər.   

 

Qeyd edək ki,  Türkiyədə vəziyyət İŞİD qruplaşmasının iyulun 20-də Suruçda törətdiyi terror aktı və ölkənin cənub-şərq əyalətlərində polis əməkdaşlarının PKK terrorçuları tərəfindən qətlə yetirilməsindən sonra gərginləşib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Oxşar yazılar