Şagird məktəb mühafizəçisini öldürdü
21 oktyabr 2014 11:19 (UTC +04:00)

Şagird məktəb mühafizəçisini öldürdü

0

Oktyabrın 20-də Rusiyada səkkizinci sinif şagirdi məktəb mühafizəçisini bıçaqlayıb. Lent.az-ın məlumatına görə, hadisə Moskvaətrafı vilayətin Elektrostal şəhərində baş verib.

 

14 yaşlı yeniyetmə məktəbə dəyənəklə gəlib və bunu görən mühafizə onu içəri buraxmayıb. Mühafizəçi ilə əlbəyaxa olan şagird onun kürəyindən bir neçə dəfə bıçaqla vurub. 50 yaşlı kişi çoxlu qan itirdiyindən xəstəxanaya çatmadan keçinib.  

 

Yeniyetmə hüquq mühafizə orqanları tərəfindən tutulub. Dindirilmə zamanı o etiraf edib ki, həmyaşıdları ilə mübahisəsi düşüb. Aralarındakı münasibəti ayırd etmək üçün o, məktəbə beysbol dəyənəyi gətirib. Bıçağı isə hər ehtimala qarşı özünü müdafiə etmək üçün götürübmüş.

 

 

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1641

Oxşar yazılar