Səhiyyə naziri Saakaşvilinin tənqidinə görə istefa verdi
02 iyul 2015 12:48 (UTC +04:00)

Səhiyyə naziri Saakaşvilinin tənqidinə görə istefa verdi

0

 

 

Ukraynanın səhiyyə naziri Aleksandr Kvitaşvili istefa ərizəsini yazıb.

 

APA-nın UNN-ə istinadən verdiyi məlumata görə, A. Kvitaşvili Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin tənqidindən sonra bu addımı atmaq qərarına gəlib.

 

Ukrayna parlamentinin “Pyotr Poroşenkonun Bloku” fraksiyasının sədr müavini İqoq Kononenko bildirib ki, hələlik Nazirlər Kabineti A. Kvitaşvilinin ərizəsinə baxmayıb.

 

Xatırladaq ki, bir neçə gün bundan öncə Saakaşvili Kvitaşvilini istefa verməyə çağırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 513

Oxşar yazılar