“İraq Şam İslam Dövləti”-nin (İŞİD) yaraqlıları hakim Rauf Abdul Rəhmanı qətlə yetirib.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, o, 2006-cı ildə İraqın diktatoru Səddam Hüseynin edamı hökmünü çıxarmışdı.
“İraqlı inqilabçılar onu həbs edərək, barəsində ölüm hökmü çıxarıb. Şəhid Səddam Hüseynə edam hökmü çıxartdığı üçün ona bu cəza verilib” -deyə, İordaniya parlamentinin deputatı Xəlil Atiyə bildirib.