Seçkini 2 saatda başa çatdırdılar
30 mart 2014 14:10 (UTC +04:00)

Seçkini 2 saatda başa çatdırdılar

0

Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı maraqlı hadisə baş verib. Lent.az-ın milliyet-ə istinadən verdiyi məlumata görə, Van vilayətinin Edremit rayonunun Köklü kəndində seçkilər iki saat daxilində başa çatdırılıb. Cəmi 38 seçicisi olan kənddə hamı səsvermədə iştirak edib.

 

Erdemitin inzibati mərkəzindən 20 kilometr uzaqlıqda olan kənddə seçki qutularının açılması üçün saat 6-nın olmasını gözləyirlər.

 

Qeyd edək ki, bu kənddə muxtarlığa bir nəfər – İbrahim Gültəpə namizədliyini irəli sürüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1477

Oxşar yazılar