Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 20-də Moskvaya işgüzar səfərə yola düşəcək.
APA-nın “News.am”a istinadən verdiyi xəbərə görə, Serj Sarkisyan dekabrın 21-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında və Avrasiya İqtisadi Birlik Şurasının iclasında iştirak edəcək.