APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə iyunun 3-də, günorta saatlarında baş verib.
21 yaşlı adı açıqlanmayan azərbaycanlı qız Sankt-Peterburqun Kalininski rayonun Prosveşeniya prospekti 99 ünvanında yerləşən binanın 17-ci mərtəbəsindən özünü yerə atıb.
O, yerindəcə keçinib.
Araşdırmalar zamanı azərbaycanlı qızın Moskva sakini olduğu məlum olub. Onun Sankt-Peterburqda yaşayan nişanlısının evinə qonaq gəldiyi bildirilib. İntihar edən qızın adı açıqlanmayan nişanlısının 27 yaşlı azərbaycanlı olduğu da məlum olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.