Bu otaqlarda 64 min insan ölüb
03 noyabr 2014 11:23 (UTC +04:00)

Bu otaqlarda 64 min insan ölüb

ABŞ-ın Kentuki əyalətindəki Vaverli Hills sanatoriyası 1910-cu ildə vərəm dispanseri kimi fəaliyyətə başlayıb. Vərəm həmin illər öldürücü xəstəlik olduğu üçün ona yoluxan insanlar digərlərindən ayrı saxlanılırdı.

 

Lent.az-ın məlumatına görə, xəstəliyin qarşısını alan dərman icad edilənə qədər bu dispanserdə 64 min insan dünyasını dəyişib. 1961-ci ildə bağlanan sanatoriya 1 il sonra ağıl xəstəxanası kimi fəaliyyətə başlayıb və xəstələrə pis davrandıqları üçün 1982-ci ildə bağlanılıb. Xüsusilə 3 və 5-ci mərtələbələrdə tez-tez hadisələrin baş verdiyi xəstəxananın ən məşhur otağı 502 nömrəli otaq imiş. Xəstəxananın digər məşhur yeri isə ölən insanların cənazə maşınına aparıldığı 150 metrlik “Ölüm tuneli” olub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1441
avatar

Oxşar yazılar