Böyük Britaniyada 39 yaşlı qadının istifadə etdiyi saç boyası onu tanınmaz hala salıb. Lent.az-ın Böyük Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, Co Tompson adlı qadın brend markadan olan saç boyası məhsulundan istifadə edib və qutuda yazılmış təlimata əməl edərək saçını rəngləməyə başlayıb. Bundan sonra gözlənilmədən qadının üz, qulaq və boyun nahiyələrində allergiya əmələ gəlib və onun sifətində ciddi fəsadlar əmələ gəlib: “Mən ancaq saçımın rəngini dəyişdirmək istəyirdim. Amma az qala öləcəkdim”.