ABŞ-ın dövlət katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrovla martın 30-da Parisdə görüşəcək.
Lent.az-ın ”İnterfaks”-a istinadən məlumatına görə, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamenti xəbər yayıb.
Mənbə bildirib ki, martın 29-da diplomatlar arasında telefon danışığı olub. Onlar Ukraynadakı böhranın aradan qaldırılması ilə bağlı ABŞ-ın təşəbbüsünü müzakirə ediblər.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Barak Obama arasında marın 29-da gecə saatlarında telefon danışığı olub. Tərəflər Ukraynadakı vəziyyətlə bağlı XİN başçılarının görüşüb, məsələni müzakirə etməsini razılaşdırıb.