Ukraynanın Slavyansk şəhərinin rusiyayönlü “xalq meri” Vyaçeslav Ponomaryov amerikalı jurnalist Saymon Ostrovskini girov götürdüklərini deyib.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, rusiyayönlü lideri bildirib ki, Ostrovski ABŞ və İsrailin vətəndaşı, Amerikanın “Vice” nəşriyyəsinin əməkdaşıdır.
“O, bizim əlimizdədir. Hazırda material üzərində işləyir” -deyə, Ponomaryov vurğulayıb.