Rusiyayönlülər ATƏT təmsilçilərini saxladıqlarını təsdiqləyib
25 aprel 2014 23:19 (UTC +04:00)

Rusiyayönlülər ATƏT təmsilçilərini saxladıqlarını təsdiqləyib

Ukraynanın Daxili İşlər Nazirliyi bildirib ki, ATƏT-in 7 təmsilçisini aparan avtobus Dontskin Slavyansk şəhərinin girişində saxlanılıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, avtobusda 13 nəfər olub - onların 7-si ATƏT-in nümayəndəsi, 5-i Ukrayna Silahlı Qüvvələrinin təmsilçisi, biri isə sürücü.

 

Slavyansk şəhərinin qondarma xalq meri Vyaçeslav Ponomaryovun sözlərinə əsasən, onlar hazırda “şəhər Təhlükəsizlik Xidmətinin binasındadır” və yoxlanılırlar.

 

Bir müddət öncə Almaniya Müdafiə Nazirliyinin təmsilçisi bildirmişdi ki, ATƏT-in qrupu ilə əlaqə kəsilib. ATƏT-in müşahidəçilər missiyası Çexiya, Polşa, İsveç və Danimarka vətəndaşlarından ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406
avatar

Oxşar yazılar