Rusiyayönlülər amerikalı jurnalisti sərbəst buraxıb - <span style="color:red;">YENİLƏNİB
25 aprel 2014 01:18 (UTC +04:00)

Rusiyayönlülər amerikalı jurnalisti sərbəst buraxıb - YENİLƏNİB

Rusiyayönlülər tərəfindən girov götürülən amerikalı jurnalist Saymon Ostrovski sərbəst buraxılıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, “Vice News” İnternet-portalında Krım və Ukraynanın şərqindəki vəziyyətlə bağlı video-reportajlar yayıb.

 

Onun sərbəst buraxılması haqda məlumatı redaksiyadan da təsdiqləyiblər.

 

 

 

***

21.04

Ukraynanın şərqində rusiyayönülülər tərəfindən girov götürülən amerikalı jurnalist Saymon Ostrovski tezliklə sərbəst buraxıla bilər.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda “Röyter” agentliyi xəbər yayıb.

 

Mənbə bildirib ki, özünü Donetskin meri elan edən, rusiyayönlü Vyaçeslav Ponomaryov  mətbuat konfransında jurnalistlərə deyib: “O, tezliklə sərbəst buraxılacaq və siz onunla görüşəcəkəsiiz”.

 

 

Xatırladaq ki, ABŞ hakimiyyəti Ostrovskinin girov götürülməsindən narahat olduğunu bildirib. Vaşinqton Moskvadan vətəndaşının təcili olaraq, sərbəst buraxılmasını tələb edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456
avatar

Oxşar yazılar