Mayın 15-də Donetskdəki rusiyayönlü yaraqlılar yerli büdcə təşkilatlarının işçilərinə və şaxtaçılara əmək haqqı aparan inkassator maşınına basqın ediblər.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, onlar 150 min dollara yaxın pulu oğurlayıblar.
Bank təmsilçiləri və yerli hakimiyyət Donetskdəki separatçıların liderlərinə pulun qaytarılması ilə bağlı müraciət edib.
Mənbə xatırladıb ki, silahlı basqın nəticəsində inkassatorlar xəsarət almayıb.