Rusiyayönlü terrorçular arasında qarşıdurma
27 may 2014 01:26 (UTC +04:00)

Rusiyayönlü terrorçular arasında qarşıdurma

Rusiyayönlü terrorçular arasında qarşıdurma

Ukrayna silahlı qüvvələrinin anti-terror əməliyyatını genişləndirməsi ölkənin cənub-şərqindəki rusiyayönlülər arasında panikaya səbəb olub.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, qondarma Luqansk Xalq Respublikasının başçısı Valeri Bolotov bildirib ki, qondarma Donetsk Xalq Respublikasının başçısı Denis Puşlini məhv edəcəyini boyun olub.

 

Mənbə bildirib ki, Bolotov buna səbəb kimi onun Donetski şəhərini Ukrayna ordusuna təhvil verməsini göstərib. ““Luqansk Xalq Respubldikası” ərazisində Puşlin və onun yaxın ətrafı satqın və “arzuedilməz şəxs” sayılırlar. Müharibə dövrünün qanunlarına əsasən, öz xalqını satan məhv edilməlidir –deyə, Bolotov bildirib.

 

Xəbər Bolotovun mətbuat xidmətinə əsaslanaraq, yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1113
avatar

Oxşar yazılar