Rusiya Konstitusiya Məhkəməsi Krımın Rusiyaya birləşdirilməsi haqda sazişi qanuni sayıb.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dinləmələr qapalı rejimdə keçirilib.
Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkin bildirib ki, müvafiq sazişin Konstitusiyaya uyğun olmamasına etiraz edən tərəf olmayıb.
Qeyd edək ki, Rusiya ilə Krım arasında müvafiq saziş martın 18-də imzalanıb. Sazişə əsasən, Krım və Sevastopol Rusiya Federasiyasına iki yeni subyekt qismində daxil olub.