Rusiyanın keçmiş ombudsmanı iri miqyaslı amnistiya təklif edib
08 aprel 2014 01:03 (UTC +04:00)

Rusiyanın keçmiş ombudsmanı iri miqyaslı amnistiya təklif edib

Rusiyanın insan haqları üzrə keçmiş səlahiyyətlisi Vladimir Lukin ölkəsinin prezidenti Vladimir Putinə 2014-cü ildə məhbuslara iri miqyaslı əfv tətbiq etməyi təklif edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Rusiyanın keçmiş ombudsmanı Putinlə görüşdə deyib ki, ötən ilki amnistiya cəmiyyətdə müsbət qarşılanıb.

 

Xatırladaq ki, Lukin bu il martın 18-də vəzifəsini tərk edib. O,  2013-cü ildə insan haqlarının qorunması sahəsindəki fəaliyyəti ilə bağlı məruzəni Rusiya prezidentinə təqdim edib.

 

Onun yerinə isə Ella Pamfilova təyin olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421
avatar

Oxşar yazılar