Rusiyanın Ermənistandakı səfiri: “Azərbaycana silah satışı kommersiyadır”
29 may 2014 11:14 (UTC +04:00)

Rusiyanın Ermənistandakı səfiri: “Azərbaycana silah satışı kommersiyadır”

Azərbaycana silah satışı sadəcə kommersiyadır.


 

APA-nın “News.am”a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin jurnalistlərə Azərbaycana Rusiya istehsalı olan T-90S tanklarının satılması məsələsini şərh edərkən deyib.

“Bu, kommersiya məsələsidir. Burada siyasət yoxdur, belə məsələlərə xüsusi diqqət yönəltməyə ehtiyac yoxdur. Mən burada hər hansı kriminal görmürəm, dəhşətli bir şey baş verməyib. Ermənistanla da bizim hərbi-texniki sahədə əlaqələrimiz, ticarətimiz genişlənir. Burada qeyri-adi heç nə yoxdur”, - deyə o vurğulayıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 819
avatar

Oxşar yazılar