Rusiyalıları yarısından çoxu (61 faizi) Vladimir Leninin cəsədinin dəfn edilməsini dəstəkləyir.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Rusiya “İctimai Rəy” Fondunun keçirdiyi rəy sorğusunun nəticəsinə əsasən 23 faiz Leninin basdırılmasına qarşı olub.
Sorğuda iştirak edənlərin yarısından çoxu hesab edib ki, Leninin “yaxşı adam” imiş.
Rəyi soruşulanların 43 faizinin qənaətincə, Lenin ölkəyə xeyir verib, rusiyalıların 29 faizinin fikrincə, onun fəaliyyəti ölkəyə ziyan vurub.