Rusiyalı pilotun cənazəsi Türkiyəyə gətirilib
29 noyabr 2015 13:40 (UTC +04:00)

Rusiyalı pilotun cənazəsi Türkiyəyə gətirilib

0

Noyabrın 24-də Suriya-Türkiyə sərhədində sərhədi pozduğu üçün vurulan Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin pilotunun cənazəsi Türkiyəyə gətirilib. Lent.az habertürk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu məlumat verib. Hökumət başçısı bildirib ki, pilotun cənazəsi qısa müddətdə Rusiya tərəfinə təhvil veriləcək.

 

Qeyd edək ki, Türkiyə sərhədini pozduğu üçün vurulan bombardmançı təyyarənin pilotları katapult yolu ilə xilas olmağa çalışsa da, onlardan biri ölüb və meyiti türkmənlərin nəzarətində olan bölgədə qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 455

Oxşar yazılar