Rusiyanın Smolensk vilayətində keçmiş polis əməkdaşı və onun 3 əlatısı 12 il azadlıqdan məhrum edilib.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, onlar qaraçını oğurlamaqda ittiham olunublar.
İstintaq nəticəsində məlum olub ki, 2010-cu ildə Moskva və Smolensk vilayətlərinin sakinlərindən ibarət olan bu banda insan oğurluğu ilə bağlı iki hadisə törədib.
Onlar qaraçıların cibinə narkotik maddə ataraq, onları oğurlayır, sərbəst buraxılmaları qarşılığında həmin adamların qohumlarından böyük məbləğdə pul tələb edirmiş.