Rusiyada miqrantlarla bağlı yeni qanun imzalandı
05 avqust 2014 11:43 (UTC +04:00)

Rusiyada miqrantlarla bağlı yeni qanun imzalandı

Rusiya prezidenti Vladimir Putin Xüsusi Miqrasiya Təşkilatları haqqında Rusiya Federasiyası qanunvericiliyinin təkmilləşdirilməsi və Rusiya Federasiyasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında federal qanun imzalayıb. Lent.az-ın modern.az-a istinadən məlumatına görə, miqrasiya haqqında qanuna edilən dəyişikliyə əsasən, hökumət rus dili imtahanından keçən əcnəbilərə xüsusi viza verəcək. Bu, Rusiya Federasiyasında yaşamaq və işləmək istəyən xarici vətəndaşların cəlb edilməsi prosedurun təkmilləşdirilməsinə yönəlib. Belə ki, vizanın müddəti bir il olacaq, rus dili imtahanından keçən və xüsusi viza alan əcnəbi vətəndaş Rusiya vətəndaşı olmaq üçün xüsusi komissiyanın iştirakı ilə rus dili üzrə müsahibədən keçməli olacaq.

Bundan sonra əcnəbi öz ölkəsinin vətəndaşlığından imtina etməli və həmişəlik Rusiyaya yerləşməlidir. Rusiyaya gələndən sonra iki il müddətinə vətəndaşlıq almaq üçün müvafiq orqanlara müraciət etməzsə, həmin şəxsin ölkədən çıxarılacağı bildirilir.

Qeyd edək ki, bu qayda  Rusiya Federasiyasının “Xarici vətəndaşların hüquqi statusu haqqında” Federal Qanunun 13-1, 13-3, 18 maddələrin  müvafiq dəyişikliklər edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2726
avatar

Oxşar yazılar