Rusiya İqtisadi İnkişaf Nazirliyi cari ilin iyulunda inflyasiyanın səviyyəsinin 0,5 faiz, 6 ayda 5,3 faiz olduğunu, illik isə 7,5 faiz olacağını bildirib.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, nazirliyin keçirdiyi gündəlik monitorinq nəticəsi əsasında hazırlanmış hesabatda göstərilib ki, ötən həftə yumurta 4,2 faiz, toyuq əti bir faiz, çörək, taxıl, kolbasa, sosis və sardelka 0,4 – 0,5 faiz bahalanıb. Mövsümlə əlaqədar olaraq, meyvə –tərəvəz isə orta hesabla 2 faiz ucuzlaşıb. Benzin 0,4 faiz, dizel yanacağı isə 0,1 faizi bahalanıb.
Bununla belə dövlət məmurları vəziyyətin yaxşılaşacağına ümid edirlər.