Moskva vilayətində İstrinski su anbarı üzərində hidroplan və helikopterin toqquşması nəticəsində 3 nəfər ölüb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə bölgənin xilasetmə qurumlarındakı mənbə bildirib.
“Bir kişinin və 2007-ci il təvəllüdlü uşağın cəsədi aşkarlanıb”, deyə mənbə bildirib.
Həmçinin qəza nəticəsində helikopteri idarə edən qadının da öldüyü bildirilir.
**** 04.28
Moskva vilayətində İstrinski su anbarı üzərində hidroplan və helikopter toqquşub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Bakı vaxtı ilə 22.06-da baş verib. Məlumata görə, hidroplan və “Robinson” tipli helikopter toqquşduqdan sonra suya düşüb.
Qurbanların sayı barədə dəqiq məlumat verilmir. Bəzi məlumatlara görə, insident nəticəsində 10 yaşlı qız daxil olmaqla 8 və ya 9 nəfər ölüb.
“Gazeta.ru”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, ölənlərin sayı 6-ya çatıb, onlardan 4-ü helikopterdə, ikisi isə hidroplanda olub.
Məlumata görə, 3 nəfər itkin düşüb, onlar barədə heç bir məlumat yoxdur.
Hər iki nəqliyyat vasitəsində 9 nəfərədək şəxsin olduğu ehtimal edilir.